Cəmiyyətin üç atleti fərqlənib


Baxıldı : 39

Tarix : 2017-11-04 04:18:18


Oktyabrın 14-də Xaçmaz rayonunun Nabran qəsəbəsində kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Bakı, Sumqayıt, Gəncə, Astara, Naxçıvan və digər bölgələrin komandaları iştirak ediblər.

Komanda hesabında ən yaxşı nəticəni göstərən Bakı komandası birinci yeri tutub. Gəncə komandası ikinci, Sumqayıt komandası isə üçüncü olub.

Bakı komandasının heyətində təmsil olunan "Məhsul" İdman Cəmiyyətinin üç atleti də qənaətbəxş nəticə göstərib. Məşqçi-müəllim Z.Vahabovun yetirmələri bir gümüş və iki bürünc medal qazanıblar.

Qızlar arasında 4 km.  məsafəyə kross qaçışında Brilyant Bayramova 20.48 dəqiqəlik nəticə ilə ikinci yeri tutub. Onun həmkarı Aişə Qurbanova isə 20.50 dəqiqəlik nəticə ilə üçüncü olub.

Oğlanlar arasında 6 km. məsafəyə kross qaçışında Nail Rzayev 23.24 dəqiqəlik nəticə ilə üçüncü sırada qərarlaşıb.

Azər MUSTAFAYEV