Cəmiyyətin yetirmələri fərqləniblər


Baxıldı : 67

Tarix : 2017-07-07 22:22:24


Tovuz Olimpiya İdman Kompleksində şəhid Zaur Axundovun xatirəsinə həsr olunan taekvando üzrə açıq birinciliyə yekun vurulub.

Yarışda Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən taekvando bölmələrinin və klublarının 430 uşaq və yeniyetmə idmançısı mübarizə aparıb.

"Zenit " İdman Cəmiyyətinin iki yetirməsi açıq birincilikdə uğurla çıxış edib. Mircəfər Cabbarov (2007-ci il) 27 kq. çəki dərəcəsində mübarizəyə qoşulub, bütün rəqiblərini məğlub edərək birinci yeri tutub. Onun komanda yoldaşı Səkinə Cəfərova ( 2003-cü il) isə qızların yarışında üçüncü sırada qərarlaşıb.

Sonda birincilikdə bütün yaş qrupları və hər çəki dərəcəsi üzrə fəxri yerləri tutmuş idmançılara diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

Azər MUSTAFAYEV