Cəmiyyətin yetirməsi fərqlənib


Baxıldı : 26

Tarix : 2017-11-10 21:33:47


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında  boks üzrə açıq Bakı birinciliyi keçirilib. Birincilikdə 118  idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yarışda iştirak edən "Məhsul" İdman Cəmiyyəti Respublika Şurasının yetirməsi İsmayıl Hüseynzadə ( 49 kq.) III yeri tutub. Boksçumuz bu yarışa məşqçi-müəllim Vüqar Məmmədovun rəhbərliyi ilə hazırlaşıb.

Qeyd edək ki, I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

AZƏR