Çempionatın qalibi


Baxıldı : 63

Tarix : 2020-03-06 17:13:01


Bakı İdman Sarayında sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi keçirilib.

“Zenit” İdman Cəmiyyətinin yetirməsi Abdulla Abdullayev sambo üzrə gənclər arasında baş tutan Azərbaycan birinciliyinin, həm də kişilər arasında təşkil olunan ölkə çempionatının qalibi olub. O, 74 kq. çəki dərəcəsində mübarizə apararaq fəxri ada layiq görülüb.

A.Abdulla yarışlara əməkdar məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında hazırlaşıb.

Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.