"Çinarın kölgəsində söhbətlər" layihəsi uğurla həyata keçirildi


Baxıldı : 419

Tarix : 2017-12-22 23:13:45


Dövlətimiz gənc istedadların öz ideyalarını reallaşdırması üçün hər cür imkanlar yaradıb. Bu imkanlardan istifadə edən gənclərimizdən biri də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat Fakültəsinin IV kurs tələbəsi Xəlil Babayevdir. Onun "Çinarın kölgəsində söhbətlər" adlanan layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Binəqədi Rayon  Gənclər və İdman İdarəsinin (BRGİİ) təşkilatçılığı ilə həyata keçirildi.

Binəqədidəki "Gənclər Evi"ndə layihənin böyük uğurla təqdimatı oldu. Təqdimatda çıxış edən BRGİİ-nin baş məsləhətçisi Rüfət Əhmədov layihənin çox aktual mövzuya həsr olunduğunu söylədi. Dedi ki, təəssüf doğurucu hal olsa da, etiraf etməliyik ki, indiki gənclik mütaliəyə bir o qədər də meyil göstərmir.

Bu layihədə gənclərdə mütaliəyə marağın yaradılmasına, artırılmasına nail olmaq hədəf götürülmüşdür. Natiq belə layihələrin davamlı olmasını arzuladı. Binəqədidəki "Gənclər Evi" layihə çərçivəsində sosial-xidmət müəssisələrində silsilə təqdimatlar keçirdi. Təqdimatlarda "Zirvə", "Bakı", "505-lər", "Qarabağ", "Çinar", "Gənclik", "Üfüq", "Şahin", "Zəfər", "Hədəf" komandalarının üzvləri müxtəlif mövzularda çıxışlar etdilər. Fərqlənən 3 komanda sertifikat və hədiyyə ilə, digər iştirakçılar isə sertifikatla təltif edildilər.