“Cinayət qanununda məsuliyyət və sanksiya”


Baxıldı : 119

Tarix : 2019-06-07 10:33:18


Serbiya Respublikasının Tara şəhərində Beynəlxalq Cinayət Hüququ və Kriminologiya Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət qanununda məsuliyyət və sanksiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransa bir çox Avropa ölkələri ilə yanaşı, MDB-dən Rusiya, Belarus və Azərbaycanın hüquqşünas alimləri dəvət almışdılar.

Respublikamızı konfransda Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, hüquq üzrə elmlər doktoru, professor Xanlar Ələkbərov və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin birinci katibi, hüquq üzrə fəlsəfə doktoru Tehran Şükürov təmsil etmişlər.

Professorlar X.Ələkbərovla H.Qurbanov konfrans iştirakçılarının marağına səbəb olan məruzə ilə çıxış etmişlər. H.Qurbanov məruzəsində erməni vəhşiliklərindən və Xocalı soyqırımından bəhs etmiş, sitatlar gətirmişdir. Tərcüməçi bu sitatlardan yayınanda H.Qurbanovun təkidi ilə onları tərcümə etmişdir. Sonda alimlərimizə “Sertifikat”lar verilmişdir.

Bu günlərdə Belarusun paytaxtı Minsk şəhərində “MİTSO” Beynəlxalq Universitetində “Cəmiyyət, hüquq, şəxsiyyət: Humanitar biliyin inkişafının müasir ənənələri” mövzusunda da beynəlxalq elmi-təcrübi konfrans keçirilmişdir. Konfransın buraxılış jurnalında hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun “Kataloniya və Qarabağ konfliktlərinin tarixi-hüquqi aspektləri” adlı məqaləsi çap edilmişdir. Məqalədə bu konfliktlərin müqayisəli təhlili, Qarabağın tarixən Azərbaycan torpaqları olması, ermənilərin həmişə azlıq təşkil etdiyi və bu məkana sonradan köçürülmələri arxiv sənədləri ilə əsaslandırılmışdır.