Çində marketlər kassirsiz işləyəcək


Baxıldı : 172

Tarix : 2017-12-22 22:10:09


Çində "Alibaba"dan sonra ikinci ən böyük onlayn pərakəndə satış şəbəkəsi olan "JD.com" kassiri olmayan yüzlərlə tamamilə avtomatik mağaza açmaq planı haqda məlumat verib. Layihə Honkonqun "China Overseas Land & Investment Ltd" developerinin iştirakı ilə həyata keçirilir. Artıq "JD.com"un Pekin ofisinin 10 min əməkdaşı "ağıllı" ticarət nöqtələrini sınaqdan keçirib.

 "JD.com" onlayn mağazası RFID nişanlar, sifət və alıcıların rəfdən götürdükləri məhsulların tanınması funksiyasına malik kameralardan ibarət daha təkmil texnologiyanın nümayişinə başlayıb.

Müəyyən vaxtdan sonra sistem müştərilərin şəxsi istəklərini nəzərə alacaq, onlara şəxsi endirim və aksiyalar təklif edəcək.

 

 

Azər MUSTAFAYEV