“COVID-19 pandemiyası və onun iqtisadiyyata təsiri”


Baxıldı : 401

Tarix : 2020-06-12 06:07:32


Pan Avropa Regional Şurası (PARŞ) iyunun 10-da videokonfrans keçirmişdir. PARŞ-ın təmsilçiləri Qoda Neverauskayte, Anton Leppik və Enisa Səlimoviç pandemiyanın qlobal səviyyədə sosial-iqtisadi həyata göstərdiyi neqativ təsirlərdən və onların aradan qaldırılması yolları haqqında danışdılar.

Sonra Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının eksperti, professor Bruno Serji pandemiyanın regiona daxil olan ölkələrin iqtisadiyyatına təsirlərindən, Beynəlxalq Əmək Təşkilatının eksperti Maykl Vatt əmək bazarlarının və sosial müdafiənin gələcəyindən, Avropa Həmkarlar İttifaqının eksperti   Bela Qalqotsi Avropa perspektivində yenidənqurma planlarından, Vaşinqtondakı BHİK ofisinin nümayəndəsi Leo Baunax beynəlxalq maliyyə institutlarının fəaliyyətinin dəyişdirilməsindən söhbət açmışlar.

Mövzular ətrafında Rusiya, Ukrayna, Albaniya, Moldova, Monteneqro, eləcə də Azərbaycan həmkarlar ittifaqlarının şəbəkəyə daxil olan iqtisadçıları çıxış etdilər, ölkələrində görülən tədbirlər haqqında məlumat verdilər.

 

Arif İBRAHİMOV,

AHİK-in baş mütəxəssisi