COVİD-19: təcili iqtisadi stimullaşdırma və iş yerlərinin təmin edilməsi


Baxıldı : 81

Tarix : 2020-03-14 17:27:44


Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaron Barrou deyib: “Hökumətlər real iqtisadiyyatın sabit saxlanması, iqtisadi stimullaşdırma planlarının həyata keçirilməsi, iş yerlərində işçilərin və onların ailələrinin sağlamlığının və gəlirlərinin qorunması üçün təcili tədbirlər görməlidir”.

Koronavirus (COVİD-19) səbəbindən səhiyyə sistemlərində yaranan gərginlik böyük problemlərə gətirib çıxarıb. Səhiyyə işçiləri böhranın iqtisadi, sosial və tibbi təsirlərinin ön cərgəsindədirlər. Hər bir sektorda işləyən insanların risk altında olmasına baxmayaraq, biz xəstələrin müəyyən olunması və müalicəsi üçün bütün var qüvvəsi ilə çalışan tibb işçilərinin cəsarətli addımını alqışlayırıq.

Təcili iqtisadi stimullar paketlərinə aşağıdakılar daxil edilməlidir: ödənişli xəstəlik məzuniyyəti; mənzil, elektrik enerjisi, ərzaq və digər zəruri əşyaların dəyərini ödəmək üçün gəlirin saxlanması; habelə məşğulluq statusundan asılı olmayaraq bütün işçilər üçün sosial müdafiənin genişləndirilməsi. Bu, iş yerlərini və iqtisadiyyatı saxlamaq, əməkhaqqını, işçilərin rifahını, eləcə də kiçik və orta sahibkarlığı qorumaq üçün yeganə yoldur. 2008-2009-cu illər böhranından nəticə çıxarılaraq banklara və maliyyə qurumlarına yardımlar edilməməli, əksinə, işləyən ailələrin və müəssisələrin gəlirləri dəstəklənməlidir. Hökumətlər çoxtərəfli qurumlarla əməkdaşlıq etməli və qarşılıqlı fəaliyyət göstərməlidir. COVİD - 19 tərəfindən yaranan təhlükələrə qarşı dayana bilmək üçün mübarizə imkanlarından tam istifadə edilməli və ətraf ölkələrdə baş verən proseslər izlənilməlidir.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) Baş katibi və CGU sədri Stiven Kotton dedi: “Biz bu pandemiyanın ticarətin aparılmasına çətinlik törətdiyini qəbul edirik, lakin işəgötürənlər bütün təchizat zəncirlərində işçilərin qorunmasını təmin etmək üçün qətiyyətli və məsuliyyətli hərəkət etməlidirlər. Bu, işçilərin virusa yoluxmasının qarşısını almaq üçün etibarlı müdafiəsi, məşğulluq statusundan asılı olmayaraq, onların əməkhaqlarının qorunmasına xidmət, böhran zamanı xəstəlik məzuniyyəti və çevik əmək şəraitinin təmin edilməsi kimi vəzifələrdən başlamalıdır. Biz işəgötürənləri COVID-19-un yaratdığı problemlərə qarşı kollektiv şəkildə reaksiya verərək işçilərin hüquqlarına və rifahına diqqət yetirməyə çağırırıq”.