Çoxnövçülük üzrə yarışlar


Baxıldı : 41

Tarix : 2017-10-06 23:53:39


Sentyabrın 28-29-da Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında çoxnövçülük üzrə yarışlar keçirilib. Yarışda 12 komanda mübarizə aparıb.

Buzovna xilasetmə məntəqəsində və Dövlət Yanğından Mühafizə Xidmətinin üzgüçülük hovuzunda keçirilən yarışlarda Dövlət Xidmətinin Bakı və Abşeron yarımadasında yerləşən xilasetmə məntəqələrinin əməkdaşları iştirak ediblər.

Yekun nəticəyə görə, komanda hesabında "Buzovna" məntəqəsinin komandası 1-ci yeri, "Pirşağı" məntəqəsinin komandası 2-ci yeri, "Corat" məntəqəsinin komandası 3-cü yeri tutub. Şəxsi birincilikdə isə Vladislav Hacıbalayev qalib olub, Roman Vasilyev və Rauf Əliyev müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirakçıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Qaliblərə FHN İşçiləri Həmkarlar İttifaqının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim olunub.

Azər MUSTAFAYEV