Cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri


Baxıldı : 93

Tarix : 2018-06-13 23:05:35


Cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri

Qızlar arasında keçirilən yarışın yekun nəticəsinə görə, Şəfəq Həmidova (48 kq.), Gültac Məmmədəliyeva (52 kq.), Səkinə Zairova (57 kq.), Günel Bəkirzadə (63 kq.), Aidə Baxışova (70 kq.), Mehriban İmanzadə (78 kq.), Aytəkin Paşazadə (+78 kq.) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Şəfəq Həmidova və Günel Bəkirzadə “Atilla” İdman Klubunun yetirmələridir. Klubun daha bir xanım cüdoçusu Nərmin Əmirli (78 kq.) isə ikinci yeri tutub.

Xatırladaq ki, iki gün davam edəcək ölkə birinciliyinin ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparır. Yarışın ilk günü isə 142 oğlan və 67 qız tatami üzərinə çıxıb.

Azər MUSTAFAYEV