Cüdo üzrə dünya çempionatı başa çatıb


Baxıldı : 186

Tarix : 2018-09-29 02:13:08


Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub.

Komandamızın üzvlərindən Uşangi Kokauri (+100 kq.) gümüş, Hidayət Heydərov (73 kq.) bürünc medal qazanıb. Bundan başqa, Kəramət Hüseynov (60 kq.) 5-ci, İrina Kindzeska (+78 kq.) isə 7-ci yeri tutub.

Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında isə 24-cü yerlə kifayətlənib.

Bakıdakı dünya çempionatında 125 ölkədən cəmi 22-si medal qazana bilib. Ümumilikdə medalçılardan Yaponiya (7; 5; 4), Cənubi Koreya (2; 0; 1), İran (1; 0; 1), Qazaxıstan (0; 1; 1) və Monqolustan (0; 0; 3) Asiyanı, Fransa (1; 1; 2), Gürcüstan (1; 1; 1), Ukrayna (1; 0; 1), İspaniya (1; 0; 0), Rusiya (0; 1; 2), Hollandiya (0; 1; 2), Azərbaycan (0; 1; 1), Böyük Britaniya (0; 1; 0), Türkiyə (0; 0; 2), Almaniya (0; 0; 1), Sloveniya (0; 0; 1), Bosniya və Herseqovina (0; 0; 1) Avropanı, Kuba (0; 2; 0), Braziliya (0; 0; 1), Kanada (0; 0; 1), Argentina (0; 0; 1), Kolumbiya (0; 0; 1) Amerikanı təmsil edir.

Qarışıq komanda yarışlarında millimiz beşinci yeri tutub.

 

Azər