Cüdoçularımız ikinci olublar


Baxıldı : 53

Tarix : 2018-08-17 20:59:16


Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa Kuboku yarışı keçirilib. Cüdoçlarımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ikinci yeri tutublar.

Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun qüvvəsini sınadığı qitə turnirində Azərbaycan millisi 17 (12 oğlan, 5 qız) cüdoçu ilə təmsil olunub.

Mötəbər turnirdə millimizin heyətində uğur qazanan idmançılar arasında “Atilla” İdman Klubunun yetirmələri də var. Onlar bu yarışda üç medal qazanıblar.

Qızlar arasında 44 kq. çəki dərəcəsində mübarizəyə qoşulan Şəfəq Həmidova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla eyni çəkidə mübarizə aparan Ramilə Əliyeva (44 kq.) isə bürünc medal qazanıb.

Oğlanların yarışında isə Yaşar Nəcəfov (60 kq.) Avropa Kubokunun gümüş medalına yiyələnib.