Cüdo üzrə açıq rayon turniri keçirilib


Baxıldı : 49

Tarix : 2017-08-18 23:30:13


Qax Olimpiya İdman Kompleksində 2001-2003-cü və 2004-2006-cı il təvəllüdlü yeniyetmələr arasında şəhidlərin xatirəsinə həsr olunmuş cüdo üzrə açıq rayon turnirinə yekun vurulub.

Turnirdə yerli idmançılarla yanaşı, Bakı, Sumqayıt, Mingəçevir və Yevlax şəhərlərini, Balakən, Zaqatala və Oğuz rayonlarını təmsil edən 130 yeniyetmə idmançı iştirak edib. Cüdoçular 11 çəki dərəcəsi üzrə mübarizə aparıblar. Qax, Zaqatala, Sumqayıt və Mingəçevir təmsilçiləri daha uğurlu çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar.

Yarışda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar.

Azər MUSTAFAYEV