Cüdo üzrə Azərbaycan birinciliyi


Baxıldı : 227

Tarix : 2017-11-24 23:06:54


"Sərhədçi" Olimpiya İdman Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

Müxtəlif çəki dərəcələrində yeniyetmələr medallar uğrunda mübarizə aparıblar.

Yarışda iştirak edən "Atilla" İdman Klubunun yetirmələri Rüstəm Əliyev (-81 kq.) və  Elvin Mustafayev (-90 kq.) ikinci yeri tutublar.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan birinciliyində 565 idmançı mübarizə aparıb. Birinciliyin qalibləri və perspektivli cüdoçular yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaq.

Azər MUSTAFAYEV