Cüdo üzrə komanda yarışlarının qalibləri


Baxıldı : 37

Tarix : 2020-01-10 15:00:48


Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib. Qadınların çempionatında 7, kişilərin mübarizəsində isə 12 klub medallar uğrunda yarışıb.

Finalda “Atilla” İdman Klubuna qalib gələn “Neftçi” İdman Klubunun qadın cüdoçuları Azərbaycan çempionu adına layiq görülüblər. “Məhsul” İC və “Judo 2012” komandaları bürünc medal qazanıblar.

Kişilərin çempionatında isə həlledici görüşdə “Neftçi” İK və “Judo 2012” qarşılaşıb. Rəqibinə 3:2 hesabı ilə qalib gələn “Neftçi” qızıl medala sahib olub. “Judo 2012” gümüş, “Atilla” və “Dinamo” komandaları bürünc medallar qazanıb.

Sonda qalib və mükafatçı komandaların cüdoçularına kuboklar, medal və diplomlar təqdim olunub.