Cüdo üzrə qitə çempionu olub


Baxıldı : 20

Tarix : 2019-11-08 06:29:55


Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyi keçirilib. Millimizin üzvü, “Atilla” İdman Klubunun yetirməsi  Rəşid Məmmədəliyev bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

73 kq. çəki dərəcəsində çıxış edən cüdoçumuz bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivanı üstələyərək finalda rusiyalı Ayub Xajaliyevlə qarşılaşıb. Rəşid Məmmədəliyev güclü rəqibi üzərində təmiz qələbə qazanaraq karyerasında ilk dəfə Avropa çempionu olub.

Azər MUSTAFAYEV