Cüdoçuların paytaxt birinciliyi


Baxıldı : 50

Tarix : 2017-10-20 17:37:00


"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub. İlk dəfə olaraq paytaxt birinciliyində rekord sayda - 567 cüdoçu mübarizə aparıb.

Bu dəfə çempionatın klublar baxımından coğrafiyası da geniş olub. Azərbaycan Cüdo Federasiyası tərəfindən lisenziya verilən bütün klublar yarışa qatılıb.

Yarışın mükafatçıları sırasında "Atilla" İdman Klubunun cüdoçuları da var.

Klubun yetirmələri Elvin Mustafayev (-90 kq.) ikinci, Əzizulla Məmmədov (-66 kq.) və Rüstəm Əliyev (-81 kq.) isə üçüncü yeri tutublar.

Qaliblər Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları, medallar, hədiyyələrlə mükafatlandırılıb. Bakı şəhər birinciliyinin mükafatçıları, perspektivli cüdoçular respublika çempionatında iştirak edəcəklər.

 Azər MUSTAFAYEV