Cüdoçumuzdan bürünc medal


Baxıldı : 32

Tarix : 2017-11-04 04:15:10


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinə yekun vurulub.

Azərbaycan millisi Abu-Dabi "Böyük dəbilqə" beynəlxalq turnirini iki gümüş və iki bürünc medalla başa vurub. Nicat Şıxəlizadə (66 kq.), İrina Kindzerskaya (78 kq-dan yuxarı) gümüş, Rüstəm Orucov (73 kq.) və Məmmədəli Mehdiyev (90 kq.) bürünc medal qazanıb.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan "Atilla" İdman Klubunun yetirməsi Rüstəm Orucov 3-cü yer uğrunda görüşdə Belçika nümayəndəsi Dirk Van Tiçelti məğlub edib. Və bürünc medalı boynundan asıb.

Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.

 

Azər MUSTAFAYEV