Dünya dövlətləri qızıl ehtiyatlarını artırır


Baxıldı : 129

Tarix : 2016-04-01 04:38:00


Rusiya, Çin, Almaniya və digər nüfuzlu dövlətlər qızıl ehtiyatlarını artırmağa başlayıb. İqtisadçılar bunu dolların öz mövqeyini qızıla güzəştə getməsi ilə əlaqələndirirlər.Həmçinin qızıla tələbat getdikcə artdığı üçün onun qiyməti də yüksəlməkdə davam edir. Dövlətlər müxtəlif səbəblərə görə qızıl ehtiyatlarını artırmaqda maraqlıdırlar: bu metalı ən yaxşı sığorta vasitəsi hesab edirlər. Məsələn, İran təcrübəsi göstərdi ki, dövlətlər qızıl vasitəsilə bir-birinə sanksiya tətbiq edə bilmirlər. Çünki İran və ABŞ arasında vəziyyətin ən gərgin olduğu vaxtlarda belə Birləşmiş Ştatlar İranın xarici anbarlarda saxlanılan qızıl ehtiyatlarına sanksiya qoya bilməmişdi. İqtisadçıların fikrincə, yaxın illərdə dünya iqtisadiyyatında böhran davam edəcək. Qızıl isə qoruyucu aktiv kimi öz mövqeyini gücləndirəcək. Bəzi xarici mütəxəssislər gələcəkdə ödəniş vahidi və ya ehtiyat valyuta kimi qızılın dolları əvəz edəcəyini proqnozlaşdırırlar. \ World Gold Council\ ın (Ümumdünya Qızıl Şurası) statistik hesablamalarına görə, Azərbaycanın 30 ton (50-ci yer) qızıl ehtiyatı var. Günel RAFAYILQIZI