Dünya İqtisadi Forumunun proqramı açıqlanıb


Baxıldı : 171

Tarix : 2016-01-16 06:01:00


Yanvarın 20-23-də İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısının proqramı açıqlanıb. \ Dördüncü sənaye inqilabının mənimsənilməsi\ şüarı altında təşkil ediləcək forumun proqramına aktual qlobal hadisələrə həsr olunan müzakirələr daxildir. Bununla yanaşı, qlobal təhlükəsizlik, miqrasiya, müasir İpək Yolu və digər məsələlərə dair fikir mübadiləsi aparılacaq. Toplantıya 40-dan çox dövlət və hökumət başçıları, habelə biznes və ictimai sektordan olan 2500 lider qatılacaq.Forumda Böyük Britaniyanın baş naziri Devid Kemeron, Türkiyənin baş naziri Əhməd Davudoğlu, Almaniya prezidenti Yoahim Qauk, Yunanıstanın baş naziri Aleksis Tsipras, İraqın baş naziri Heydər əl Abadi, İsrailin baş naziri Benyamin Netanyahu, Rusiya Federasiyasının baş nazirinin müavini Yuri Trutnev iştirak edəcəklər. ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden rəhbərlik edəcək. ABŞ dövlət katibi Con Kerrinin də forumda iştirakı gözlənilir. Forumun çıxışçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevin də adı var.Azər MUSTAFAYEV