Dördüncü Möhür\ ün təqdimatı


Baxıldı : 220

Tarix : 2016-05-06 04:23:00


Azərbaycan Yazıçılar Birliyinin \ Natəvan\ klubunda yazıçı Kamran Nəzirlinin yeni kitabının-\ Dördüncü Möhür\ romanının təqdimat mərasimi keçirilmişdir. Bu roman qısa hekayələr müəllifi kimi tanınan yazıçının ilk irihəcmli əsəridir. Roman 33 fəsil, 464 səhifədən ibarətdir. Kitab \ Mütərcim\ nəşriyyatı tərəfindən çap edilmişdir.Tədbirdə çıxış edən tanınmış yazıçılar, şairlər, ədəbiyyatşünas alimlər və tənqidçilər romanın əsas xüsusiyyətlərindən danışmışlar. Qeyd edilmişdir ki, maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən uğurla istifadə edib. Romanın çox sadə süjet xətti var-əsas qəhrəman Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini-baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür; birinci evlilik həyatı, sevgisi uğursuz olur, doğma balasını itirir Taleyin yeni zərbələri onun elmi araşdırmalarına mane olmur və dünyanın qibtə edə biləcəyi həkim-psixiatr kimi tanınır. Onun psixo-analitik mülahizələri yenidir, dünya alimləri tərəfindən maraqla qarşılanır. Əsərdə yenilik bir də bundan ibarətdir ki, Qarabağ müharibəsi təkcə səngərdə yox, evdə, ailələrin, insanların içində, beynində, qəlblərində, psixoloji durumlarında, hərəkət və davranışlarında qələmə alınır, irreal və real tarixi hadisələr bir-birilə harmonik vəhdətdə təsvir edilir. Yazıçının epik gücü və bədii məntiqi bunu deməyə əsas verir ki, \ Dördüncü Möhür\ son illər Azərbaycan ədəbiyyatında yazılan ədəbi hadisəyə bərabər uğurlu romanlardan biridir. Əhəd İBADOV