Dövlət bank əmanətlərinə təminat verəcək


Baxıldı : 160

Tarix : 2016-01-23 11:24:00


Milli Məclisin ötən həftə keçirilən iclasında bir sıra iqtisadi qanunlara əlavə və dəyişikliklər edilib, o cümlədən \ Əmanətlərin tam sığortalanması haqqında\ qanun layihəsi birinci oxunuşda qəbul olunub. Yeni qanuna əsasən, Sığorta Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq banklar tərəfindən 3 il müddətində tam sığortalanacaq. Hazırda fondun müəyyən etdiyi qaydalara görə, illik 12 faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərdir. Bu isə o deməkdir ki, yüksək faizlərlə banklara qoyulmuş 30 min manatdan yuxarı məbləğdə olan əmanətlərə təminat veriləcək. Əgər vətəndaşın əmanət qoyduğu bank bağlanarsa, dövlət həmin pullara qarantiya verəcək, geri qaytaracaq. İqtisadçı Zahid Məmmədovun fikrincə, banklardakı vəsaitlərin sığorta əmsalına tətbiq edilən limitin götürülməsi əhalinin banklara əmanət yerləşdirməyə həvəsləndirməyin vasitələrindən biridir. Manatın məzənnəsinin ucuzlaşmasından sonra bəzi vətəndaşlar əmanətlərini banklardan çıxarmağa və ya xarici valyutaya dəyişməyə üstünlük verirlər. Qanuna dəyişikliklər 6 milyondan çox əmanətçinin əmanətlərinin tam məbləğdə sığortalanmasına imkan verəcək. Bütün bank depozitlərinə dövlət təminat verəcək. Əsas məsələ burada manata etimadın qorunmasıdır.ELBRUS