Dövlət işsizlərə pul verəcək


Baxıldı : 658

Tarix : 2015-11-20 04:43:00


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizliyə görə sosial sığorta pulunun təyin olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Bu sənəd \ Məşğulluq haqqında\ qanundan fərqli olaraq iş yerini itirən, yəni işlədiyi müddətdə maaşından sosial müdafiə fonduna sosial sığorta ödənişləri edən pul köçürənlərə şamil olunacaq.Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bu məsələyə münasibət bildirib: \ Ümumiyyətlə, bu, mütərəqqi addımdır. Kim vaxtında sığortanı ödəyibsə, hesabında müəyyən vəsait varsa, pul həmin şəxsə ödənə bilər. Amma yenə də işsizliyə görə verilən müavinətlərin miqdarı çox azdır. Lakin dövlət başçısı son zamanar bu məsələ ilə bağlı ciddi addımlar atır.Ekspertlər bildirirlər ki, layihəylə bağlı geniş maarifləndirmə işi aparılmalı, insanlara izah edilməlidir ki, iş yeri hər an bağlana bilər, ona görə işə qəbul olunarkən əmək müqaviləsi bağlanmasına nail olsunlar, sosial sığorta haqlarının ödənilməsinə nəzarət edə bilsinlər, paket maaşlara üstünlük verməsinlər. Sosial sığortaya cəlb olunmayan ən azı 2 milyon işləyə biləcək potensial var, bu, təxminən əmək qabiliyyətli əhalinin 40 faizidir. Sosial sığorta pulundan daha çox qeydiyyata düşən, əmək müqaviləsi ilə işləyən vətəndaşlarımız yararlana biləcək. Bu, proqressiv addımdır. Bu qanun layihəsindən qabaq ölkəmizdə \ Məşğulluq haqqında\ qanun qəbul olunub. Qanuna əsasən isə, işsizlik statusu alan hər bir vətəndaş minimum əməkhaqqı miqdarında işsizliyə görə sosial müavinət almalıdır.CAVİD