Dövlətin gənclər siyasətinə dəstək


Baxıldı : 213

Tarix : 2015-01-31 04:24:00


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 2 Fevral-Gənclər Günü münasibətilə seminar keçirmişdir. Dəyirmi masa ətrafında təşkil olunmuş tədbirdə Respublika Komitəsinin sədri Cəmilə Səttarova giriş sözü söyləmişdir. O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış dövlət gənclər siyasəti, bu gün gənclərə göstərilən dövlət qayğısı barədə qısa məlumat vermişdir. Cəmilə xanım həmçinin ölkə başçısı cənab İlham Əliyevin gənclərlə qurduğu münasibətdən, onun imzası ilə təsdiq olunub uğurla reallaşdırılan gənclər dövlət proqramlarından danışdı. Natiq qeyd etdi ki, Azərbaycan həmkarlar ittifaqları da tələbələri, işləyən oğlan və qızları daima diqqətdə saxlayır. Onların mənəvi, intellektual inkişafı, sağlamlıqlarının qorunması, təhsili, vətənpərvərlik tərbiyəsi və sair istiqamətlərdə mühüm işlər görür, tədbirlər həyata keçirir.RK-nın Mədəni-Kütləvi İşlər Şöbəsinin müdiri Əfsanə Əliyeva çıxışında təmsil etdiyi təşkilatın gənc üzvlərlə apardığı işlərə toxundu. Dedi ki, RK-nın nəzdində Gənclər Şurası fəaliyyət göstərir. Bütün üzv təşkilatlarda gənclərlə iş üzrə komissiyalar yaradılmışdır.Şura və komissiyalar işini AHİK-in gənclər siyasətinə uyğun qurmuşlar. Bu qurumlar əlaqəli şəkildə işləyir, fəaliyyətləri barədə HİK-lər və RK qarşısında vaxtaşırı hesabat verir.Əfsanə xanım bildirdi ki, üzv təşkilatlara hesabat-seçkilər zamanı gənc kadrlara üstünlük verilir. Əksəriyyətinin ixtisasartırma kurslarında təhsili təşkil olunur.Seminarda AHİK-in Gənclər Şurasının sədri Tural Süleymanov \ Azərbaycan gəncliyinin inkişafında həmkarlar ittifaqının rolu\ , MİHİ RK-nın Beynəlxalq Əlaqələr və İnformasiya Şöbəsinin müdiri Zaur Həmidov \ Həmkarlar ittifaqına üzvlüyün gənc nəsil motivasiyası\ mövzularında çıxış etdilər. B.RZAYEV