Dəymiş ziyanı kim qarşılamalıdır?


Baxıldı : 181

Tarix : 2016-10-21 04:43:00


Paytaxt ərazisinə yağan intensiv yağışlar bəzi yollarda nəqliyyatın hərəkətini tamamilə iflic etmişdi. Yollarda suötürücü sistemlərin olmaması bəzi yerlərdə dərinliyi 1 metrə çatan gölməçələr yaratmışdı. Təkcə Binəqədi şosesində yaranan dərin gölməçələrdə suyun ortasında 109 ədəd maşın sönüb qalmışdı. Düzdür, həmin avtomobillər sudan çıxarılsa da, ustalar belə maşınları təmir etmək üçün sürücülərin böyük xərc çəkməli olduğunu bildirir. Maşın suyun ortasında söndükdə onun mühərrikinin bir çox detalı sıradan çıxır. Avtomobilin içinə su dolduqda isə elektron sistem yanır ki, bu da xərci bir neçə dəfə artırır. Yollarda yaranan bu vəziyyətlə bağlı məsuliyyət kimin üzərinə düşür?Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bununla bağlı bildirdi ki, yollarda hərəkətin düzgün təşkil edilməməsinə görə, həmin yol hərəkətini təşkil edən yol sahibi günahkardır: \ Yol hərəkəti haqqında\ qanuna əsasən, yol hansı qurumun balansındadırsa, bu, \ Azəravtoyol\ ASC, yerli icra hakimiyyəti, yaxud bələdiyyələr ola bilər, məsuliyyəti də o qurum daşıyır\ . Belə avtomobillərə sığorta ödənişi edilə bilərmi? Dəymiş ziyanı kim qarşılamalıdır? Zərərçəkən həmin şirkəti hadisə yerinə dəvət etməlidirmi, yoxsa bu, sığortanın səlahiyyətinə aid deyil?Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlının sözlərinə görə, yağan yağışdan yaranan gölməçələrdə batan maşınlara dəymiş zərər sığorta şirkətləri tərəfindən təmin oluna bilər: \ Avtomobillərə dəymiş zərər təbii fəlakət nəticəsində baş verməyib. Yağan yağış təbii fəlakət hesab oluna bilməz. Sadəcə, mövsümə uyğun olaraq yağış yağıb\ .Həmsöhbətimizin sözlərinə görə, sığorta şirkətləri avtomobillərə dəyən zərərə görə sığorta məbləğini ödəyəndən sonra bu vəziyyətin yaranmasına cavabdeh olan qurumlara qarşı reqres qaydasında iddia qaldıra bilər: \ Sığorta şirkəti ödədiyi məbləği aidiyyəti qurumlardan geri almaq ixtiyarına malikdir\ .GÜNEL