\ Daşkəs


Baxıldı : 254

Tarix : 2016-07-08 02:54:00


\ Daşkəsən filizsaflaşdırma\ ASC-dən peşə əlili kimi pensiya alıram. 2011, 2012 və 2013-cü illərin pensiyasının verilmə tarixi qeyri-məlumdur.Bilmək istərdim:1. Azərbaycan Respublikası Prezidentinin hər il pensiyaların artırılması ilə bağlı qərarlarından bütün kateqoriyalardan olan insanların bəhrələndiyi təqdirdə biz pensiyaçılarda artım olmur.2. Devalivasiyaya, o cümlədən inflyasiyaya uğramış verilməyən pensiya məbləğimiz qanunla necə kompensasiya edilməlidir?Əli HƏMİDOV,Daşkəsən şəhəri.- İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği ilə bağlı 3 №-li Qərarda qeyd edilir ki, işçinin istehsalat zədəsi və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda bədbəxt hadisənin təhqiqat aktına əsasən, təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə maddi məsuliyyət daşıyır.Peşə əmək qabiliyyətinin itirilmə dərəcəsi, əlillik qrupu, müddəti, əlavə xərclər və s. qüvvədə olan qanunvericiliyə görə TSEK tərəfindən müəyyən edilir.Qərarın 2.3. bəndinə əsasən, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığın başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur.Məktubunuzdan məlum olur ki, Sizə verilən məbləğ \ Daşkəsən filizsaflaşdırma\ ASC-dən ödənilir. Müəssisə tərəfindən ödənilən məbləğ zərərə görə ödənc hesab edilir. Zərərə görə ödəncin hesablanması və verilməsi qaydası qeyd eydiyimiz Qərarın 3.5. bəndində belə müəyyən edilmişdir: \ İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əməkhaqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əməkhaqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əməkhaqqı hesabında müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir\ .\ Daşkəsən filizsaflaşdırma\ ASC-dən aldığınız zərərə görə ödənc həmin müəssisədə vaxtilə çalışdığınız vəzifə (peşə) üzrə əməkhaqqı artımı olarsa, onda artacaq.Pensiyaların artımına gəldikdə isə, pensiyaların artması zərərə görə ödəncin artmasına səbəb olmur. II qrup peşə əlili kimi pensiya alırsınızsa, onda həmin pensiya məbləği Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq pensiyaların artımı və indeksləşdirilməsi zamanı artacaq. Devalvasiya, o cümlədən inflyasiyaya uğramış 2011-2013-cü illər üçün ödənilməmiş zərərə görə ödəncin alınması üçün isə müvafiq məhkəməyə müraciət edə bilərsiniz. İşlədiyim son 2 ildə məzuniyyətə çıxmamışam. Əgər işdən çıxaramsa, istifadə etmədiyim məzuniyyətlərə görə pul əvəzi ala bilərəmmi?Vəsilə NƏBİYEVA,Gəncə şəhəri.- Bəli, ala bilərsiniz. Çünki Əmək Məcəlləsinin 144-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilir. Amma əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 (əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə) və 116-cı (əmək stajına görə) maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Onu da qeyd etmək lazımdır ki, həmin maddəyə əsasən, müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.Valideynlərini itirmiş uşaqlara qəyyumluq edənin müavinət almaq hüququ varmı? Əgər varsa, bunun üçün hansı sənədləri toplamaq lazımdır?Rəşad ABBASOV,Bakı şəhəri.- \ Sosial müavinətlər haqında\ qanunun 4-cü maddəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət aylıq ödənilən müavinətlər sırasında göstərilmişdir. Bu müavinət qəyyumlara (himayəçilərə) \ Ünvanlı dövlət sosial yardım haqqında\ qanuna əsasən yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda təyin edilir. Müavinət qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə ödənilir.Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.12-ci hissəsinə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün aşağıdakı sənədlər lazımdır:1. müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamənin surəti, ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);2. şəxsin (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, əmək zədəsi və ya peşə xəstəliyinə görə ödəncin əvəzinə müavinət, beşdən çox uşağı olan qadınlara müavinət, təqaüd və kompensasiya təyinatı istisna olmaqla) əmək pensiyası almaq hüququnun olmaması barədə yaşayış yeri üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin məlumatı;3. şəxsin işləyib-işləməməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı (təqaüdçülər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla) və ya məşğulluq orqanlarının məlumatı;4. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti;5. valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti;6. valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti;7. uşağın tam dövlət təminatında olmaması haqqında sosial xidmət müəssisəsinin arayışı;8. uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;9. qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd.\\17 ildir ki, Laçın rayon Ağbulaq kənd orta məktəbində müəllim işləyirəm.II qrup müharibə əliliyəm. Bilmək istəyirəm ki, istirahət-müalicə (sanatoriya) mərkəzində müalicə olunmaq üçün qanunvericilikdə hüquqlarımız necə tənzimlənir və imtiyazlarımız haqqında geniş məlumat verməyinizi xahiş edirəm.Şəmil CƏLİLOV,Laçın rayonu.-\ Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına sanatoriya-kurort müəssisələrinə verilən yollayışların bölüşdürülməsi və uçotu Qaydaları”nın 2.4. bəndinə əsasən, \ Sosial sığorta haqqında” qanuna müvafiq olaraq məcburi dövlət sosial sığortasına cəlb olunan bütün sığorta olunanlara həmkarlar ittifaqları təşkilatlarının məcburi dövlət sosial sığorta vəsaitləri hesabına sanatoriya-kurort yollayışlarını, dəyəri tam və ya qismən ödənilməklə, vermək hüququ vardır.Müraciətinizdə II qrup müharibə əlili olduğunuz qeyd olunur. Qaydaların 2.10. bəndinə əsasən, müharibə iştirakçıları norma əsasında pulsuz yollayış almaq hüququna malikdirlər.Həmkarlar ittifaqı təşkilatları yollayışları vətəndaşlara onların ərizələrinə əsasən, qəbul edilmiş qərara müvafiq olaraq verirlər.Sanatoriya müalicə pansionatlarına və ambulatoriya kurort müalicəsinə yollayışlar vətəndaşlara tibbi arayış əsasında verirlər.Yollayışlar vətəndaşlara müalicə və ya istirahətə yola düşməzdən 10 gün əvvəl verilir.Siz yollayış almaq üçün ərizə və həkim arayışı ilə müraciət edərək qeydiyyata alına bilərsiniz. Növbəlilik prinsipi və həmin arayış əsasında TİAHİ RK-nın Nizamnaməsində qeyd olunan qaydada müvafiq yollayışla təmin oluna bilərsiniz.