Daha bir beynəlxalq müsabiqə


Baxıldı : 286

Tarix : 2016-04-01 03:54:00


Bakı İslam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq festival-müsabiqəsinə beşinci dəfə ev sahibliyi edəcək. Belə ki, aprelin 18-dən 22-dək paytaxtımızda ISESCO və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə \ Kainat\ Gənclik Mərkəzinin təşkil etdiyi İslam dünyası gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsi keçiriləcək.Təşkilat komitəsindən bildiriblər ki, müsabiqədə kiçik (15 yaşadək) və böyük (16-20 yaş) yaş qrupları ilə təmsil olunan ölkələrin gənc istedadlarının çıxışları beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin sonunda qaliblərin mükafatlandırılması mərasimi və qala-konsert təşkil olunacaq.Azər MUSTAFAYEV