Daha bir qızıl medal


Baxıldı : 207

Tarix : 2016-02-19 04:06:00


\ Sərhədçi\ İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilib. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunan yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1996-1998-ci il təvəllüdlü idmançılar iştirak ediblər. İlk yarış günündə sərbəst güləş üzrə 163 gənc pəhləvan çempion adı uğrunda qüvvəsini sınayıb.\ Zenit\ İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov birincilikdə fərqlənən idmançılar sırasında yer alıb. 55 kq. çəki dərəcəsində mübarizə aparan güləşçimiz rəqibləri üzərində böyük hesablı qələbə qazanaraq finala qədər irəliləyib. Çempionluq uğrunda gedən qarşılaşmada Əfqan daha əzmkarlıq göstərərək rəqibini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Öz çəki dərəcəsində qələbə seriyasını davam etdirən İdmançının yüksək nailiyyətlər əldə etməsində məşqçisi Cavid Qurbanzadənin də əməyi böyükdür. Qeyd edək ki, ilk üç yeri tutmuş idmançılar medal və diplomlarla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə təltif ediliblər. Fəxri kürsüdə yer alan idmançılar, həmçinin yığma komandanın heyətinə cəlb olunublar.Azər MUSTAFAYEV