Daha bir yarışın qalibləri


Baxıldı : 43

Tarix : 2017-11-04 04:24:24


"Zenit" İdman Cəmiyyətinin (İC) təşkilatçılığı ilə keçirilən Respublika Spartakiadasının proqramına uyğun olaraq stolüstü tennis və daşqaldırma üzrə yarışlar başa çatıb.

Oktyabrın 27-28-də Milli Aviasiya Akademiyasının idman zalında təşkil olunan stolüstü tennis yarışının qalibi adını Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası qazanıb. Metropolitençilər ikinci olub. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı işçiləri ilk üçlüyü tamamlayıblar.

"Zenit" İC-nin idman zalında oktyabrın 29-30-da baş tutan daşqaldırma üzrə yarışların da mükafatçıları məlum olub. Yekun nəticəyə görə, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının komandası fəxri kürsünün ilk pilləsində qərarlaşıb. Metropolitençilər ikinci sırada yer tutublar. Müdafiə Sənayesi İşçiləri isə üçüncü yeri özlərinə təmin ediblər.

Qalib komandalara diplom və qiymətli hədiyyələr təqdim olunub.

Azər MUSTAFAYEV