Daha güclülər seçiliblər


Baxıldı : 254

Tarix : 2015-11-14 00:33:00


Zenit\ İdman Cəmiyyətinin təşkilatçılığı ilə sahə həmkarlar ittifaqı təşkilatlarının üzvləri arasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVIII Respublika Spartakiadası keçirilib. Oktyabrın 30-31-də Spartakiadanın proqramına daxil olan daşqaldırma üzrə keçirilən yarışlarda Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının pəhləvanları daha güclü çıxış ediblər. Nəticədə onlar fəxri kürsünün ilk pilləsinə sahib olublar. Aviasiya işçiləri Hİ ikinci, Müdafiə Sənayesi işçiləri Hİ isə üçüncü yerdə qərarlaşıblar.Qol güləşi idman növü üzrə yarışlar noyabrın 2-3-də keçirilib. İdmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar. Aviasiya işçiləri hamıdan qüvvətli olduqlarını sübut ediblər və yarışın qalibi adını qazanıblar. Sonrakı yerləri müvafiq olaraq Müdafiə Sənayesi və Metropoliten işçiləri həmkarlar ittifaqının üzvləri bölüşüblər. Noyabrın 4-8-də isə nərd oyunları baş tutub. Zehni qabiliyyətin inkişaf etməsində mühüm rol oynayan bu idman növündə ilk üç yeri nəqliyyatın müxtəlif sektorlarında çalışan həmkarlar ittifaqı təşkilatlarının üzvləri paylaşıblar. Ardıcıllıq isə belə olub: Avtomobilçilər birinci, Aviasiya işçiləri ikinci və Metropolitençilər üçüncü. AZƏR