Daha səmərəli xidmət göstəriləcək


Baxıldı : 356

Tarix : 2015-02-21 04:33:00


İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli ölkə başçısının \ Azərenerji\ nin bir çox səlahiyyətlərinin yeni yaradılan \ Azərişıq\ ASC-yə verilməsi qərarını şərh edərək müsbət qiymətləndirib.Millət vəkili bu qərarın gözlənilən bir addım olduğunu bildirib: \ Əgər nəzərə alsaq ki, o qədər də uzaq olmayan keçmişdə Azərbaycanın regionlarında elektrik enerjisi fasilələrlə verilirdi, əhali hər gün işıq sarıdan çox ciddi problemlərlə üzləşirdi. Onda hər şeydən əvvəl, son 10 ildə ölkədə yeni enerji güclərinin istifadəyə verilməsi nəticəsində əhalinin fasiləsiz surətdə enerji ilə təmin edilməsi istiqamətində görülən işləri layiqincə qiymətləndirmək lazımdır. Amma son illərin təcrübəsi onu da göstərir ki, \ Azərenerji\ nin indiki fəaliyyəti dövrün tələblərinə və bir sıra hallarda əhalinin ümdə tələbatlarına lazımi səviyyədə cavab vermir. Araşdırmalarımız göstərir ki, bir sıra kəndlərdə elektrik enerji təminatı həddindən artıq bərbad vəziyyətdədir. Bir az külək əsən, yağış-qar yağan kimi enerji təchizatı sahəsində problem yaranır. Sadalanan problemlərin əsaslı surətdə həllinin magistral yolu energetika sahəsində islahatlardan keçir. Bu baxımdan \ Bakıelektrikşəbəkə\ Açıq Səhmdar Cəmiyyətinin bazasında \ Azərişıq\ Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını həmin islahatların mühüm tərkib hissəsi və vacib mərhələsi hesab edirik. \ Azərenerji\ nin ÜDM-də payı aşağı olsa da, ölkənin iqtisadiyyatında əhəmiyyətli mövqeyə malikdir. Azərbaycan iqtisadiyyatının, sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişafı, əhalinin iqtisadi fəallığı xeyli dərəcədə \ Azərenerji\ nin fəaliyyətinin səmərəlilik dərəcəsindən asılıdır. Yeni atılan islahat addımı ilə \ Azərenerji\ Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti \ Azərişıq\ Açıq Səhmdar Cəmiyyətinə verilir. Bundan sonra Bakıda olduğu kimi, rayonlara da elektrik enerjisi satışına yeni yaradılmış qurum olan \ Azərişıq\ Açıq Səhmdar Cəmiyyəti nəzarət edəcək. \ Azərişıq\ Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını, eləcə də bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməli, \ Azərenerji\ \ isə ölkədə elektrik enerjisi istehsalını həyata keçirməlidir.A.MUSTAFAYEV