Daha sağlam olmaq üçün


Baxıldı : 143

Tarix : 2019-07-08 07:06:24


Zaman keçdikcə insanlar sağlamlıqlarına daha ciddi yanaşmağa başlayır. Bu, daha çox inkişaf etmiş dövlətlərdə özünü biruzə verir. Məsələn, Avropada apteklərdə təbii dərmanların satışı kimyəvi dərmanların satışından 2-3 dəfə çoxdur və bu rəqəm getdikcə artmaqda davam edir. İnsan sağlamlığını tək qidalanma ilə bağlamamalıdır. Eyni zamanda hər gün 1-2 saat piyada gəzintiyə də vaxt ayırmalıdır. Həm də bunu bir vərdiş halına salmalıdır. Gəzinti zamanı açıq havadan orqanizm üçün vacib olan D vitaminini təbii şəkildə almalıdır. Hər gün 1-2 litr qaynadılmamış çiy su içmək mütləqdir. Stressdən, əsəb və həyəcana səbəb ola biləcək vasitələrdən uzaq olmaq lazımdır.  İnsan düşünməlidir ki, gecə yatmaq, gündüz işləmək üçündür. Gecə yuxusu zamanı bədən tam istirahət edir, xoşbəxtlik hormonlarının istehsalı çoxalır. İş və istirahət vaxtı tam şəkildə müəyyən olunmalıdır. Həyat düzəninə fikir vermək bizim sağlam və xoşbəxt yaşamağımızın əsasını qoyan vacib amillərdəndir. Xoşbəxt yaşamaq üçün həm də Allahın qoyduğu əməlləri yerinə yetirmək bizim mənəvi cəhətdən qidalanmağımızı təmin edir.