Daha tez sağalmaq üçün


Baxıldı : 36

Tarix : 2017-10-06 23:23:14


Fəsil dəyişkənliyi dövründə yaşadığımız bu aylarda qripə yoluxma halları da artmaqdadır. Qrip virus səbəbi ilə üst tənəffüs yollarının iltihablaşmasıdır. Burunun axması, boğaz ağrısı, öskürmək, halsızlıq, yüksək temperatur və bədənin hər yerində ağrıların müşahidəsi ilə özünü göstərən qripdən qurtulmaq üçün bəzi yeməklərdən istifadə edilməlidir.

Bunun üçün tərkibində C vitamini olan qidalar və içəcəklərə daha çox üstünlük verilməlidir. Həmçinin qaynadılmış balıq, toyuq suyu, təzə sıxılmış meyvə şirəsi, toyuq və tərəvəz şorbalarını yemək lazımdır. Çaya limon, zəncəfil və ya itburnu əlavə edilsə yaxşı təsir göstərər.

Qrip olan zaman daha çox maye qəbul edilməlidir. Bitki çaylarından içməklə orqanizmin su ehtiyacını qarşılamaq olar. İsti çay boğaz ağrısını və öskürəyi yüngülləşdirir.

Azər MUSTAFAYEV