Dama və şahmat yarışları keçirilib


Baxıldı : 394

Tarix : 2015-12-12 06:10:00


\ Gənclik\ Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən Spartakiadanın dama və şahmat yarışlarına yekun vurulub. Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında baş tutan oyunlarda qaliblər müəyyənləşib.Dama üzrə yarışlarda qızlardan ibarət 7 komanda çempionluq uğrunda mübarizə aparıb. Bakı Sənaye Pedaqoji Kollecinin təmsilçiləri ən çox xal toplayaraq fəxri kürsünün ilk pilləsinə sahib olub. Bakı 2 saylı Baza Tibb Kolleci və Bakı İdarəetmə və Texnologiya Kollecinin komandaları da adlarını mükafatçılar siyahısına yazdırmağı bacarıb. Oğlanlar arasında keçirilən dama yarışının nəticələrinə görə, ilk üçlükdə Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Sənaye Pedaqoji Kolleci və Bakı Dövlət Neft Energetika Kollecinin təmsilçiləri qərarlaşıb.Qızlardan ibarət 6 komandanın iştirak etdiyi şahmat yarışında ümumi hesabın yekununa görə, Bakı Sənaye Pedaqoji Kolleci birinci olub. Bakı 2 saylı Baza Tibb Kolleci ikinci, Bakı Qida Sənayesi Kolleci isə üçüncü yeri tutub. Oğlanlardan ibarət 9 komandanın mübarizə apardığı şahmat oyunlarında da qalib müəyyənləşib. Xalların sayına görə, Bakı Sənaye Pedaqoji Kolleci birinci yerə layiq görülüb. Sonrakı yerləri müvafiq olaraq Bakı Dövlət Neft Energetika Kolleci və Bakı Texniki Kolleci bölüşüblər. AZƏR