Dama və şahmat oyunlarının qalibləri


Baxıldı : 25

Tarix : 2019-11-08 06:27:09


Orta ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika Spartakiadası çərçivəsində dama və şahmat yarışları keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında oğlanlar və qızlar arasında keçirilən dama yarışında ümumilikdə 12 komanda iştirak edib.

Qızlar arasında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tutublar. İkinci və üçüncü yerləri Bakı İdarəetmə və Texnologiya və Bakı 2 nömrəli Baza Tibb kolleclərinin idmançıları tutublar.

Oğlanların yarışında isə ilk üç yerə Bakı 2 nömrəli Baza Tibb, Azərbaycan Dövlət Pedaqoji və Bakı İdarəetmə və Texnologiya kolleclərinin damaçıları sahib olublar.

Oğlanlar və qızlar arasında keçirilən şahmat yarışında da 12 komanda iştirak edib.

Qızlar arasında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tutublar. İkinci və üçüncü yerdə Bakı İdarəetmə və Texnologiya və Bakı 2 nömrəli Baza Tibb kolleclərinin idmançıları qərarlaşıblar.

Oğlanlar arasında şahmat yarışında isə yekun nəticəyə görə sıralamada öndə  Bakı İdarəetmə və Texnologiya Kolleci olub. Bakı 2 nömrəli Baza Tibb və Bakı Rabitə və Nəqliyyat kolleclərinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Azər MUSTAFAYEV