Danışıqlarda yaranan fikir ayrılıqları


Baxıldı : 190

Tarix : 2015-10-02 06:28:00


Sentyabrın 29-da İsrailin Qüds şəhərində \ CityPASS\ nəqliyyat şirkətinin rəhbərliyi tramvayların hərəkətində uzunmüddətli fasilələrin yaranması barədə məlumat yayıb. Səbəb isə sürücülərin 30 faizdən artığının tətil keçirərək işə çıxmamalarıdır. Nəqliyyat işçilərinin narazılığı şirkət rəhbərliyi ilə həmkarlar ittifaqları arasında yeni kollektiv əmək müqaviləsinə dair gedən danışıqlarda yaranan fikir ayrılıqları ilə bağlıdır. Etiraz aksiyası marşrut xəttində işləyən tramvayların sayının xeyli azalmasına gətirib çıxarıb, nəticədə paytaxt sakinlərinin və qonaqların şəhərboyu hərəkətində bir sıra çətinliklər yaranıb.Qeyd edək ki, keçirilən tətillə əlaqədar nəqliyyat nazirliyi marşrut xətlərinə əlavə avtobus buraxılması haqqında qərar qəbul edib.Elçin ZAKİRİ