Danışıqlar müsbət nəticələnməsə


Baxıldı : 214

Tarix : 2018-04-14 01:16:11


Danimarkada ictimai xidmət sektorunda çalışanlar  tətil keçirməyi planlaşdırır. Buna səbəb yerli idarəetmə orqanları ilə həmkarlar ittifaqı təşkilatı arasında çalışanların tibbi sığorta, nəqliyyat və digər məsələlərlə bağlı tələblərinin müzakirəsindən müsbət nəticə əldə olunmamasıdır.

Tərəflər arasında danışıqlar  mart ayının sonundan davam etdirilir. Sonuncu müzakirə 14 saat sürsə də, razılaşma əldə olunmayıb. Bununla belə, həmkarlar ittifaqı təşkilatı problemin danışıqlar yolu ilə həllinin tərəfdarıdır və tətil vaxtını aprelin 28-nə qədər uzadıb. 

Danimarka İctimai Xidmət Sektoru İşçiləri Həmkarlar İttifaqının nümayəndəsi  Andres Kristensen hökumətlə müzakirələrin davam etməsinin tərəfdarı olduğunu bildirib. Lakin keçən müddət ərzində ortaq nöqtədə razılıq əldə olunmamasının tətili qaçılmaz etdiyini vurğulayıb.

Növbəti dəyirmi masa aprelin 15-nə təyin edilib. Tərəflər bu görüşün anlaşmanın birinci mərhələsi üçün vacib olduğunu bildirirlər.

14 saatlıq müzakirədə iştirak edən  b

ələdiyyə nümayəndəsi Mixael Zigler bu günə qədər razılıq əldə olunmadığı üçün növbəti görüşmə barədə də bədbin proqnoz verib. O qeyd edib ki, tərəflər tələblərində kompromisə getməyəcəyi üçün bu görüşdən də fantastik nəticə gözlənilmir.

Cavid SƏFƏROV