Daxili bazarın qorunması


Baxıldı : 223

Tarix : 2016-10-14 04:33:00


Oktyabrın 7-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclasda çıxışı zamanı bir neçə məsələni gündəmə gətirdi. Bunlardan biri də daxili bazarın qorunması məsələsidir. Belə ki, idxal olunan mallar, eləcə də özünütəminat səviyyəsinin yüksək olduğu sənaye məhsulları üzrə təhlillərin aparılması barədə tapşırıqlar verildi, daxili bazarın qorunması məqsədilə gələcəkdə bu sənaye məhsullarına spesifik rüsumların tətbiqi barədə müzakirələr aparıldı. İ.Əliyev bildirdi ki, daxili bazarımızı qorumaq üçün əlavə tədbirlər görülməlidir və burada çox çevik siyasət aparılmalıdır: \ Biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Yerli məhsul xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır\ .Məsələ ilə bağlı \ İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək\ İctimai Birliyinin sədri Mirata Ağayevin fikirlərini öyrəndik. O bildirdi ki, hökumət daxili bazarın qorunması istiqamətində addımlar atır. Aqrolizinq xətti ilə son bir neçə ildə ölkəyə xeyli texnika gətirilib. Əhaliyə bu sahədə böyük güzəştlər verilir. Ekspert qeyd etdi ki, hazırda yerli məhsulların istehsalının artırılması yönündə tədbirlər görülür. Daxili bazarın qorunması üçün daxili potensialdan və xammaldan maksimum şəkildə istifadə etmək lazımdır: \ Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük dəyərləndirilməsi düzgün həyata keçirilməlidir ki, istehlak bazarında eyniadlı malların rəqabətliliyi təmin olunsun. Respublikada yerli məhsulların istehsalının stimullaşdırılması ilə istehlak bazarında məhsul bolluğunu təmin etməklə insanların alıcılıq fəaliyyətini yüksəltmək mümkündür\ .M.Ağayev qeyd etdi ki, ölkənin milli iqtisadi təhlükəsizliyini qorumaq məqsədilə xarici ölkələrdən idxal olunan malların dəyəri dünya bazar qiymətindən qat-qat yuxarı hədlə ölçülə bilməz, eyni zamanda daxili bazarın qorunması üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək də qəbul olunmazdır. Yüksək qiymətlə mallar dəyərləndirilərsə, əsassız olaraq ölkədən daha çox valyuta axınına yol aça bilər. İkinci halda isə ölkə daxilində istehsal olunan eyni adlı məhsulların bazarda rəqabətədavamlılığını tənzimləmək mümkün olmayacaq.ALİYƏ