Dayanıqlıq qorunub saxlanılacaq


Baxıldı : 167

Tarix : 2016-01-16 04:32:00


\ 2016-cı il çətin il olsa da, Azərbaycanda iqtisadi göstəricilərdəki dayanıqlıq qorunub saxlanılacaq\ . Bunu Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışına münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.Dövlət başçısının sədrliyi ilə hökumətin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarın 10-da keçirilən iclasında bir sıra vacib məqamlara toxunuldu və cari il ərzində əsasən hansı hədəflərə çatmaq tələb olunduğu açıq ifadə edildi: \ Bunlardan ən çox diqqəti cəlb edənsə Prezident İlham Əliyevin neftin dünya bazar qiymətlərinin enməsinin iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu və bunun da manatın devalvasiyasını şərtləndirdiyini, ümumiyyətlə, iqtisadiyyata təsirini bir daha qeyd etməsi, habelə Azərbaycanda istehsal edilən malların əslində heç də bahalaşmamalı olduğunu, eləcə də 2016-cı ildə pensiya və əməkhaqlarının artırılması ilə bağlı hökumətin müvafiq təkliflər hazırlaması üçün tapşırıq verməsi oldu\ .İqtisadçının sözlərinə görə, düzdür, ötən il iqtisadiyyatda artım davam edib, ÜDM 1 %-dən çox, sənaye istehsalı 2,4 % çoxalıb, qeyri-neft sənayesi isə 8,4 % yüksəlib, il ərzində ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bütün bunlara rəğmən makroiqtisadi dayanıqlıq kifayət qədər sarsılıb.Azər MUSTAFAYEV