Dayanıqlı inkişaf müzakirə olundu


Baxıldı : 53

Tarix : 2017-10-20 17:50:16


fSentyabrın 25-dən oktyabrın 6- dək İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri: Həmkarlar İttifaqlarının Siyasəti, Avropa və Mərkəzi Asiya ölkələri üçün milli və regional inkişaf planları" mövzusunda təlim kursu keçirilmişdir.

Təlim kursunda dayanıqlı inkişafın hədəflərinin üzv ölkələrdə reallaşdırılmasında həmkarlar ittifaqlarının fəal iştirakını təmin edə biləcək məsələlər müzakirəyə çıxarılmışdı. Məruzə və çıxışlarda deyilmişdir ki, əmək təşkilatlarını dəstəkləmək və həmkarlar ittifaqlarına dair problemləri həll etmək bacarıqları inkişaf etdirməlidir. BƏT-in sözügedən mövzuda yürütdüyü siyasətə, proqramlara dair aktiv mövqeyi gücləndirmək üçün həmkarlar ittifaqı təşkilatları səylərini artırmalıdır.

Kurs müddətində tədqiq olunan mövzularla bağlı sahələrdə çalışan beynəlxalq ekspertlərlə görüşlər keçirilmişdir. Onlar təcrübələrini və dayanıqlı inkişaf siyasətinin əsas istiqamətlərini iştirakçılara çatdırmışlar.

Tədbirə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasından da mütəxəssislər dəvət olunmuşdu.

Kursun proqramı çərçivəsində qruplarda plenar sessiyalar təşkil edilmişdir. İştirakçılar tərəfindən gender bərabərliyi, gənclər - onların problemləri, uşaq əməyi, məşğulluq, layiqli əmək və sair mövzularda təqdimatlar hazırlanıb diqqətə çatdırılmışdır. Kursun sonunda iştirakçılara sertifikatlar verilmişdir.

Plenar iclaslarda bu yazının müəllifi də fəal iştirak etdi.

 

Röya QARAYEVA,

Azərbaycan Həmkarlar

 İttifaqları Konfederasiyasının

 Beynəlxalq Əlaqələr

Şöbəsinin mütəxəssisi