İddia ər...


Baxıldı : 217

Tarix : 2016-09-16 04:18:00


İddia ərizəsinin forması və məzmunu haqqında məlumat verməyinizi xahiş edirəm. Ərizədə nələr qeyd edilməlidir? Bu ərizə nümayəndə tərəfindən imza edilə bilərmi?Şəfəq QURBANOVA,Bakı şəhəri.- Hüquqları pozulmuş şəxslər məhkəməyə iddia ərizəsi ilə müraciət edib öz hüquqlarının müdafiəsinə çalışırlar. İddia ərizəsinin forması və məzmunu MPM-in 149-cu maddəsində göstərilib.İddia ərizəsi məhkəməyə yazılı formada verilir. İddia ərizəsində iddianın predmeti, əsası və məzmunu, yəni iddiaçının cavabdehdən tələbi, həmin tələbi şərtləndirən faktlar və sonda iddiaçının məhkəmədən etdiyi xahiş göstərilməlidir.149.2. maddəyə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir.Adətən bir iddia ərizəsində bir tələb irəli sürülür. Lakin iddiaçı bir iddia ərizəsində bir-biri ilə bağlı olan bir neçə tələbi birləşdirə bilər.Qeyd olunanlardan əlavə iddia ərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, iddiaçının vəsatətləri də qeyd edilir.İddia ərizəsi iddiaçı və ya onun ərizəni imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.İş yerində ixtisar zamanı işdə saxlanılmağa üstünlüyü olan şəxslər kimlərdir?Vəliş ZAMANOV,Bərdə rayonu.- Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatlar ixtisar edilərkən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Bu zaman müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.Lakin adıçəkilən Məcəllənin 78-ci maddəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanılmasına üstünlük verir:şəhid ailəsinin üzvlərinə;müharibə iştirakçılarına;əsgər və zabitlərin arvadlarına (ərlərinə);öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.Qeyd edək ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bakıda olmadığıma görə 4 ay idi ki, təyin olunmuş sosial yardımı almırdım. İndi yardımı kəsiblər. Bu, düzgündürmü?Aygün MAHMUDOVA,Gəncə şəhəri.- Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\ nın 4.3. bəndinə əsasən, sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 (üç) ay müddətində alınmadıqda, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.Sosial yardım ailəyə təyin olunur. Siz yardımın alınmasını ailə üzvlərinizdən birinə həvalə edə bilərdiniz. Bu məsələyə yenidən baxılan zaman yardımın alınmamasını üzrlü hesab edərlərsə, verilmə dayandırıldığı aydan bərpa edilə bilər.2015-ci il yanvarın 30-da \ Bank of Baku\ ASC-dən dollar şərtilə müəyyən yolla kreditlə minik maşını almışam. 3 aya yaxındır ki, kreditimi ödəyə bilmirəm. Ona görə ki, hazırda dolların kursu 1.65 qəpik civarındadı. Bank da həmin ödənişi indiki kursla tələb edir. Bilmək istərdim ki, əgər bank məni məhkəməyə verərsə, hüquqi cəhətdən məni nə gözləyir? Maşını əlimdən alıb hərraca çıxarda bilərmi və bu prosesdə mənim xeyrimə məhkəmənin hansı qərarı ola bilər? Məhkəmə prosesində iş mənim xeyrimə olsa, əməkhaqqımda müəyyən tutulmalar edilsə, mümkündürmü ki, maşın məndə qalsın?Şəmsəddin QASIMOV,Saatlı rayonu.- Mülki Məcəllənin 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Odur ki, hər bir şəxs kredit götürmək üçün respublikamızda fəaliyyət göstərən banklara və bank olmayan kredit təşkilatlarına müraciət edərək müəyyən girov və ya əməkhaqqı müqabilində (iş yerindən əməkhaqqı barəsində arayışla) onlarla müqavilə bağlayır.\ Bank of Baku\ ilə aranızda bağlanmış müqavilə Sizin və Bankın - hər iki tərəfin razılaşdırılmış iradə ifadəsidir. Qeyd etdiyiniz müqavilə həmin kredit təşkilatı (bank) və Sizin tərəfinizdən imzalanmışdır.Mülki Məcəllənin 399.1. maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Hər hansı bir tərəf müqavilə şərtlərini pozduqda, digər tərəf qanunvericiliyin müəyyən etdiyi qaydada məhkəməyə müraciət edə bilər.Nəzərinizə çatdırırıq ki, Konstitusiya Məhkəməsinin Plenumu 14 may 2015-ci ildə Azərbaycan Respublikası Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair\ qərar qəbul etmişdir. Qərarda qəti olaraq göstərilmişdir ki, kredit təşkilatlarından hüquqi və fiziki şəxslər tərəfindən götürülmüş kreditlər borcalan və borcverən tərəfindən imzalanmış müqavilədə qeyd edilən valyuta ilə və ya həmin valyutanın məzənnəsinə uyğun olaraq ödənilməlidir. Həmin qərarın 6-cı hissəsində qeyd edilir ki, Əhalinin maraqlarını nəzərə alaraq xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin, bankların maliyyə imkanlarından asılı olaraq, həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin\ .Bank tərəfindən məhkəmədə iddia qaldırılmamışdan əvvəl Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edildiyi hər hansı bir güzəştin Sizə şamil olunması üçün müraciət edə bilərsiniz.Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmək istəyirəm. Bilmək istəyirəm, bu yardımın müddəti olurmu?Səba VƏLİŞOVA,Salyan rayonu.- Bəli, qanunvericiliklə ünvanlı dövlət sosial yardımdan istifadə müddəti müəyyən edilib. Belə ki, \ Ünvanlı dövlət sosial yardımı haqqında\ qanunun 8.1. maddəsinə görə, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.Amma həmin qanuna əsasən, aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət edə bilər.Yaşı 18-dən az olan şəxslərlə bağlanmış əmək müqaviləsinə hansı hallarda xitam verilə bilməz?Şahin MƏLİKOV,Tovuz rayonu.- Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin bir xüsusiyyəti də əmək müqaviləsinin ləğv edilməsində belə işçilərə müəyyən təminatın verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin \ ç\ bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, bu əsasla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.Qeyd edilən əsasla əmək müqaviləsini ləğv etmək üçün işəgötürənin əmri ilə təşkilatda yaradılmış attestasiya komissiyasının müvafiq qərarı olmalıdır.Lakin Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiya olunmayan işçilər siyahısında yaşı 18-dən az olan işçilər də sadalanır. Eyni zamanda Məcəllənin 255-ci maddəsində bu təminat birbaşa qeyd edilmişdir. Maddəyə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç\ bəndi), yaşı 18-dən az olan işçinin əmək müqaviləsinə xitam verilə bilməz.