dekabrın ...


Baxıldı : 253

Tarix : 2015-12-12 07:21:00


dekabrın 8-də Çin Xalq Respublikasına səfər edib.Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində dekabrın 9-da Sian şəhərindəki Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.Dövlət başçısı dekabrın 9-da Sian şəhərindən Pekinə gəlib və burada Çin mədəniyyətinin müxtəlif dövrlərinə aid zəngin kolleksiyaların saxlandığı Paytaxt muzeyi ilə tanış olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri (parlament sədri) Can Decian ilə görüşüb.Can Decian dövlətimizin başçısını rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. Can Decian Çinin ölkəmiz ilə dostluq münasibətlərinin dərinləşməsinə böyük önəm verdiyini, Azərbaycanın Cənubi Qafqazda Çinin mühüm tərəfdaşı olduğunu vurğulayıb. Ölkələrimiz arasında qarşılıqlı etimadın mövcudluğunu, mühüm məsələlərdə Azərbaycanın və Çinin hər zaman bir-birinin yanında olduqlarını deyən parlamentin sədri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyini bildirib, Azərbaycanın da \ Vahid Çin\ məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyev Çinə səfərin Azərbaycan-Çin əməkdaşlığının gələcək inkişafında mühüm mərhələ olacağını deyib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, Çinin bu problemin ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib, Ermənistanın münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qərar və qətnamələri yerinə yetirmədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın da \ Vahid Çin\ prinsipinə dəstək verdiyini, ölkələrimizin beynəlxalq terrorizm, təcavüzkar separatizm kimi təhlükələrə qarşı eyni mövqedən çıxış etdiyini bildirib.Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında - parlamentdə rəsmi qarşılanma mərasimi olub.Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub.Dövlət başçıları görüşdə çıxış ediblər.Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısını Pekində görməyə şad olduğunu bildirib. O, deyib ki, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər. Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var. Bir neçə gün bundan əvvəl Azərbaycanda, Xəzərdəki neft mədənində baş verən yanğın zamanı ciddi tələfat olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi dəvət üçün təşəkkür edib. Bildirib ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanda baş vermiş faciəli hadisələrlə, çoxsaylı neftçinin həlak olması ilə əlaqədar verdiyiniz başsağlığına görə də Sizə təşəkkür etmək istərdim. Sizin başsağlığınız dost sözləridir.Dövlətimizin başçısı daha sonra deyib ki, bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk. Azərbaycan Prezidenti İlham Əliyev bir çox məsələlərdə mövqelərin üst-üstə düşdüyünü diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğulayıb. Dövlətimizin başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirib, ölkəmizin də \ Vahid Çin\ prinsipinə dəstək verdiyini deyib. İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini nəzərə çatdırıb. Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri dekabrın 11-də başa çatıb.A.MUSTAFAYEV