Demokratiya bərpa olunmalıdır


Baxıldı : 221

Tarix : 2018-01-26 19:44:27


Braziliyanın eks-prezidenti  Lula da Silvanın hakimiyyətdə olduğu müddətdə qanunvericiliyə zidd addımlar atması ilə bağlı məhkəmənin qərarı onun tərəfdarlarının etirazına səbəb olub. Onlar hesab edirlər ki, hazırkı hökumət Lula da Silvanın builki seçkilərdə yenidən seçiləcəyindən ehtiyat edir və onun namizədliyinə əngəl olmaq üçün belə addım atıb. Eks-prezidentin tərəfdarları məhkəmənin faktları yetərli şəkildə araşdırmadığı qənaətindədir. Məsələyə münasibət bildirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Şaron Barrou demokratiyanın tez bir zamanda bərpa olunmasını və Lula da Silvanın  namizədliyini verməsi üçün şərtlərin hökumət tərəfindən yerinə yetirilməsi fikrini ədalətli hesab edib.

Yerli həmkarlar ittifaqı təşkilatları da Lulanın haqqında məhkəmənin qərarının ləğvini tələb edib. Onlar mətbuata verilən açıqlamada bildiriblər ki, Lula da Silvanın prezidentliyə namizədliyi əngəllənərsə, tətil və aksiyalar təşkil olunacaq.

Cavid SƏFƏROV