Dənizçilər arasında stolüstü tennis turniri keçirilib


Baxıldı : 64

Tarix : 2019-02-11 04:46:37



“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçirilib.  Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idman zalında təşkil olunan yarışda ASCO-nun Xəzər Dəniz Neft Donanmasının, Dəniz Nəqliyyatı Donanmasının, İstehsalat Xidmətləri İdarəsinin, “Bibiheybət” Gəmi Təmiri Zavodunun, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun, Azərbaycan Dövlət Dəniz Akademiyasının,  Təlim-Tədris Mərkəzinin, ASCO Mühafizənin  stolüstü tennis həvəskarları qüvvələrini sınayıblar.

Turnirin qalibi Dəniz Nəqliyyatı Donanmasının əməkdaşı Cəbrayıl Qədimov olub. Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Elmar Qafarov 2-ci yerə, “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı Elşən Kərimov isə 3-cü yerə layiq görülüb.