Dənizçilərin rahatlığı üçün


Baxıldı : 43

Tarix : 2017-10-14 03:51:19


Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (BNİF) dənizçilərin rahatlığını təmin etmək və məlumatlandırmaq üçün "İTF Wellbeing" proqramını yaradıb.  Android və İOS cihazlardan yüklənə bilən proqram QİÇS, vərəm, malyariya, zika virusu kimi xəstəliklərin ilkin simptomları və müalicəsi barədə  məlumat verir. Proqramda həmçinin işçilərin hüquqları ilə bağlı bölmələr də yer alıb.

BNİF-in koordinatoru Stiv Trovsdale proqramla bağlı deyib ki, gəmiçilər dənizdə uzun müddət qaldığı zaman tibbi problemlərlə qarşılaşır. Bu kimi hallarda onlara praktiki tibbi məlumatların çatdırılması və ilkin müalicə yolları haqqında biliklər çox önəmlidir: "Bu proqram dənizçilərin və ailələrinin təhlükəsiz və sağlam yaşamasına imkan verir. BNİF-in önümüzdəki müddətdə gəmilərdə aparacağı yoxlamalar zamanı proqramla bağlı maarifləndirmə işləri həyata keçiriləcək.  "İTF Wellbeing" 2018-ci ildə bir neçə dildə istifadə imkanına malik olacaq".

Qeyd edək ki, bu yöndə gəmi tərsanələrində çalışanlara da proqramın vacibliyi və üstünlükləri izah edilməyə başlanılıb.

 Cavid SƏFƏROV