Deponun bağlanmasını önləmək üçün tədbir görülməsi tələbi


Baxıldı : 55

Tarix : 2018-12-17 04:46:25


Şotlandiyanın Sprinqburn bölgəsində yerləşən dəmiryolu deposunun bağlanması  “Unite” Həmkarlar İttifaqı tərəfindən etirazla qarşılanıb.  İttifaq işçi sayı və yerləşdiyi mövqe baxımından müəssisənin önəmini vurgulayıb və Qlasko şəhərindəki deponun bağlanılmasını təklif edib.

“Gemini Rail Services” şirkətinə məxsus Sprinqburn dəmiryolu deposunda  “Scot Rail” şirkətinin bütün qatarlarının texniki baxış, təmir və yenilənmə çalışmaları aparılır. Əgər depo bağlanılarsa, Şotlandiyanın dəmiryolu sistemində problemlər və qatarlarda texniki nasazlıqlar  ortaya çıxacaq. “Unite”nin bölgə üzrə nümayəndəsi Pat Maklvoqu bildirib ki, şirkət deponun gördüyü işləri araşdırmalı və bağlanacağı təqdirdə 200-ə yaxın çalışanın əmək fəaliyyəti barədə düşünməlidir: “Qurumun Şotlandiyada fəaliyyət göstərən qatarlarının təmir işlərinin İngiltərədə aparılması təklifi isə  qəbuledilməzdir. İsveç   hökuməti “Gemini Rail Services” şirkəti ilə danışıqlar apararaq dəmiryolu deposunun bağlanılmasının qarşısının alınması yönündə tədbirlər görməlidir”.