Dəri əlcək ustalarının qalibiyyəti


Baxıldı : 320

Tarix : 2018-02-24 01:16:07


Yeniyetmə boksçular arasında  Bakı şəhər açıq birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 229 idmançı gücünü yoxlayıb. 6 gün davam edən yarışın yekununda ən güclülərin adı müəyyənləşib. 2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə qalib adını qazanan idmançılardan biri də “Zenit” İdman Cəmiyyətinin yetirməsi Turan Hacıyevdir. O, 41,5 kq. çəki dərəcəsində yarışıb. Eyni çəkidə mübarizə aparan həmkarı Fərid Kosayev bürünc medal qazanıb. Cəmiyyətin digər boksçusu Amil Mayılov ( 48 kq.) da üçüncü yerlə kifayətlənib. Dəri əlcək ustaları yarışa məşqçi-müəllimlər Təvəkkül Məmmədov və Ceyhun Rüstəmov tərəfindən hazırlaşdırılıblar. 

Azər MUSTAFAYEV