Dəyərli mənbə


Baxıldı : 42

Tarix : 2018-07-28 04:56:35


Fövqəladə Hallar Nazirliyinin aparat və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində hesabat-seçki konfranslarının və yekun olaraq Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının I hesabat-seçki konfransının materialları toplu halında nəşr olunmuşdur.

Nəşrdə konfranslara hesabat məruzələri, tərəfdaşların həmkarlar ittifaqı haqqında söylədiyi ürək sözləri əksini tapmışdır.

Təkcə mətnlər deyil, çəkilmiş çox sayda fotoşəkillər də konfransların gedişi və səviyyəsi haqqında zəngin təəssürat yaradır.

Oxucular topluda digər sahə həmkarlar ittifaqı respublika komitələrinin təbrik məktubları, FHN İşçiləri Hİ-nin sədri, sədr müavini, nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri haqqında ümumi məlumatla da tanış ola bilir.

Nəşrdə nazirliyin həmkarlar ittifaqının və onun strukturlarının fəaliyyəti, üzvlərin sosial, əmək problemlərinin həlli istiqamətində gördüyü işlər diqqətə çatdırılır. Qeyd olunur ki, sahə həmkarlar ittifaqı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarlarını rəhbər tutaraq nizamnaməsinin tələblərinə uyğun fəaliyyət göstərmişdir. İşçilərin layiqli əmək, təhlükəsiz iş şəraiti təminatlarına, istirahətinin, asudə vaxtlarının təşkilinə, sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. İttifaq bundan sonra da işini müasir tələblər səviyyəsində qurmaq, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirmək əzmindədir.

Topludan məlum olur ki, nazirliyin qurumlarında baş tutmuş hesabat-seçki konfranslarında həmin qurumların yüksək vəzifəli nümayəndələri də iştirak etmişlər. Bu da HİK-lərin nüfuzunun, tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində işləməsinin təsdiqidir. Bütün qurumların HİK-lərinin konfranslarında ittifaqın sədri Mehman İsmayılov çıxış etmiş, hesabat məruzələrinə münasibət bildirmiş, tövsiyələrini vermişdir.

Topluda FHN İşçilərinin Həmkarlar İttifaqının I konfransında AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin də çıxış etdiyi qeyd olunur. Bildirilir ki, AHİK sədri çıxışında ittifaqın tarixinə qısa nəzər salmış, qısa müddətdə bu təşkilatın qazandığı uğurları yüksək qiymətləndirmişdir.

Toplunun tərtibatı da diqqətəlayiq və orijinaldır. Bu nəşr gələcəkdə ittifaqın tarixinin öyrənilməsi baxımından dəyərli mənbədir.