Dəyişiklik  etiraza səbəb olub


Baxıldı : 40

Tarix : 2018-10-06 04:55:21


Finlandiya Peşəkar Mühəndislər Birliyi (FPMB) çalışanların işdən çıxarılması prosedurunu asanlaşdırmaq üçün nəzərdə tutulan qanunvericilikdəki  dəyişikliyə etiraz edib. Dəyişiklik əsasən  texnologiya və kimya sənayesini əhatə edir. FPMB-in sədri Samu Salo məsələ ilə bağlı çıxışında bildirib ki, hökumətin nəzərdə tutduğu dəyişiklik çalışanların işsizlikdən sığorta sisteminə zərbə vurur: “ 70 min üzvümüzlə buna etiraz edəcəyik.  Dəyişiklik planının ləğvini tələb edirik. Bu olmayacaqsa,  gecə növbəsinə və  həmçinin həftəlik iş normasından artıq işə cəlbolunmaya heç bir işçi razılıq verməyəcək”.

FPMB-in bu tətil kampaniyasına digər sahələrin həmkarlar təşkilatlarından da dəstək gəlib. Belə ki, Finlandiya Xalq Sağlığı Tibb Bacıları Birliyi və onlara tabe olan bir neçə həmkarlar ittifaqı təşkilatı tətil keçirəcəkləri barədə açıqlama veriblər. 120 min üzvü olan OAJ Təhsil İşçiləri Birliyi, Sosial Xidmət İşçiləri Həmkarlar İttifaqı,  hökumətin qanunvericilikdəki dəyişiklik planına qarşı tətil və aksiyalarla FPMB-ə dəstək olublar. 

Qeyd edək ki, etiraza qoşulan həmkarlar ittifaqı təşkilatları sosial media və mətbuat vasitəsilə də  hökumətə müraciət ünvanlayıblar.